Biləsuvar və Cəlilabad rayonuna mövsümün ilk qarı yağıb.
Regioninfo-nun məlumatına görə, qar əsasən Cəlilabadın dağlıq ərazilərinə daha çox yağıb.
Qar örtüyünün hündürlüyü Biləsuvar rayonunda və Cəlilabadın mərkəzində 5 santimetr, Cəlilabadın kəndlərində isə 10 santimetrə çatıb.
Təbiət hadisəsi nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.
Hazırda bölgədə şaxtalı hava şəraiti davam edir.