Cəlilabadda 9 ayda bir sıra sahələrdə artım olub

Cəlilabadda bir sıra sahələrdə artım olub.

Rayon Statistika İdarəsindən regioninfo-ya verilən məlumata görə 2024-cü ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşınma xidməti sahəsində seçməyə düşmüş 4 nəfər fərdi sahibkar fəaliyyət göstərmişdir. Hesabat dövründə avtomobil nəqliyyatı ilə yük daşınması 660,0 min ton və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çox olmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında 9119 min sərnişin daşınmışdır ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox olmuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda məhsul buraxılışı 9665,6 min manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz çox olmuşdur.

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 4798,5 min manat artaraq 496769,6 min manat təşkil etmişdir.

2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə 78479,9 min manatlıq, 2023-cü ilin müvafiq dövrünə nisbətən 6267,7 min manat və ya müqayisəli qiymətlərlə 5,2 faiz çox ödənişli xidmətlər göstərilmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən məişət xidmətlərinin həcmi 9739,5 min manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,3 min manat və ya müqayisəli qiymətlərlə 3,3 faiz çox olmuşdur. Hesabat dövründə hüquqi şəxslər üzrə ödənişli xidmətlər 4,8 faiz, məişət xidmətləri 4,3 faiz, fiziki şəxslər üzrə ödənişli xidmətlər 5,3 faiz, məişət xidmətləri isə 3,2 faiz artmışdır.

Paylaş:
Yuxarı