Tanınmış pambıqçı Lətif Cəfərov vəfat edib

Tərəqqi medallı tanınmış pambıqçı Lətif Cəfərov vəfat edib.

“Bilesuvarinfo”nun məlumatına görə, o 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cəfərov Lətif Xanhüseyn oğlu 1936-ci il sentyabrın 9- da Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olub. 1955-ci ildə Salyan rayon Kend Təsərrüfatı Texnikumunu bitirib. 1956-ci ildən Biləsuvar rayonu “Azərbaycan” kolxozunda aqronom-entimoloq işləməyə başlayıb.1958-ci ildən 1983-cü ilə kimi həmin kolxozda pambıqçı briqadir və sürücü mexanizator işləyib. 1974-cü ildə pambıq yığımında göstərdiyi yüksək nailiyyətə görə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev tərəfindən Qaz-24 markalı maşınla mükafatlandırılıb.

1974-cü ildə “Qırmızı əmək bayrağı” ordeni, 1975-ci ildə “Əmək’ medalı, 1980-cı ildə “X-beş iliyin qalibi” medalı, 1985-ci ildə “XI-beş illiyin qalibi” medalı,1985-ci ildə “Əmək veteranı” ordeni ilə təltif edilib. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. 2017-ci ildən Respublika üzrə Fermerlər Şurasının üzvü olub. 1983-cü ildən 1996-cı ilə kimi Biləsuvar rayonu “Türkmənistan” kolxozunda pambıqçılıq briqadiri ve sürücü mexanizator işləyib. 1996-cı ildən indiyə kimi fermer pambıqçı kimi fəaliyyət göstərib.

10 övladı, 31 nəvəsi və 17 nəticəsi var idi.

Allah rəhmət eləsin!

Paylaş:
Yuxarı