“Həkimlərimizi tanıyaq” – Cəlilabad Mərkəzi Xəstəxanasının həkim-pediatrı Aynurə Rəcova

“Həkimlərimizi tanıyaq” rublikasında Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Aynurə Rəcovadır.

A.Rəcova 1987-ci ildə Bakı şəhərində anadan olub. 2005-2011- ci illərdə tibb təhsili alıb. 2012- ci ildə Ankara şəhərində “Uşaq sağlığı və xəstəlikləri” üzrə təkminləşdirmə kursu keçib. Həmçinin 2013-cü ildə “Türk Dünyası Uluslararası İlimlər Akademiyasi” ndə tibb üzrə təkminləşdirmə kurs keçib.

2014- 2021-ci illərdə Cəlilabad şəhər Uşaq Xəstəxanasında həkim-pediatr olaraq işləyib. Eyni zamanda 2021-2023-cü illərdə Cəlilabad RMX-nın Ailə Sağlamlıq Mərkəzində həkim-pediatr kimi işləyib.

2022-ci ildən Azərbaycan Pediatriya Cəmiyyətinin üzvüdür. 2022-ci ildən hal-hazıradək Cəlilabad Tibb Kollecində Uşaq xəstəlikləri fənnini tədris edir.

2023-ci ildən hal-hazıradək Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsində həkim-pediatr vəzifəsi üzrə fəaliyyət göstərir.

Müxtəlif elmi konfransların, tədbirlərin iştirakçısı olub.

Paylaş:
Yuxarı