Cəlilabad rayonunda yük avtomobili yerüstü keçidə çırpılıb.
Regioninfo-nun məlumatına görə, hadisə Cəlilabad şəhəri H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, qəza zamanı yük avtomobili yerüstü piyada keçidinin yuxarı hissəsinə çırpılıb. Nəticədə keçid sıradan çıxıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yolda birtərəfli hərəkət təşkil olunub. Hadisənin nəticələrini aradan qaldırmaq üçün olay yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, keçid bu ilin aprel ayında istifadəyə verilib və Cəlilabadın ilk yerüstü keçididir.
Faktla bağlı araşdırma aparılır.