Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq dünyasını dəyişib

Qubadlı rayonunda fəhlə bədbəxt hadisənin qurbanı olub.

“Bilesuvarinfo” xəbər verir ki, bu gün səhər radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Kərimov Sabir Gülməmməd oğlu hündürlükdən yıxılaraq ölüb.

Qeyd edək 48 yaşlı S.Kərimovun cənanəsi sakini olduğu Biləsuvar rayonuna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
Yuxarı