Lənkəran Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinə yeni təyinat olub.
Həkim-terapevt Cəmil Fətulla oğlu İbadullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Cəmil Fətulla oğlu İbadullayev 1985-ci ildə Lənkəran şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub.
2009-cu ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib, 2009-2010-cu ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.
2011-ci ildə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsində işə başlayıb.
2020-ci ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin təcili yardım şöbəsində həkim-terapevt kimi fəaliyyət göstərib.
Hal-hazırda Lənkəran Rayon Mərkəzi Xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri vəzifəsini icra edir.
Dəyərli təbibimizə gələcək fəaliyyətində uğurlar arzu edirik.