Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsinin qalibi Dünya Veysəlovanın rəhbəri olduğu “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin icrasının 15.10.2024 tarixindən başlayaraq hazırlıq dövrü uğurla davam etdirilir. Bu barədə layihənin rəhbəri Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi Dünya Veysəlova məlumat verib. O, qeyd edib ki, “Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin məqsədi Lənkəran rayonun məktəbliləri arasında ekoloji maarifləndirmə və mövzu üzrə divar-rəsm müsabiqəsi tədbirlərini təşkil etməklə onlarda yaşıl dünya naminə fəaliyyətləri formalaşdırmaq, inkişaf etdirməkdən ibarətdir. Bu məqsədlə Lənkəran rayonu üzrə müəyyən olunmuş 15 ümumtəhsil müəssisəsində məktəblilərlə maarifləndirici görüşün təşkili, istedadlı məktəblilərin divar-rəsmləri çəkməsinin təmin olunması və iştirakçıların təltifi fəaliyyətləri təşkil olunacaqdır. Hazırda layihənin hazırlıq işləri uğurla davam etdirilir. Layihə komandası tərəfindən layihə üzrə çap məhsullarının hazırlanması, iştirakçı məktəblərin seçilməsi və onlarla əlaqələrin qurulması istiqamətində işlər görülməkdədir.
Qeyd edək ki, layihə üzrə təlimləri Elm Tədris Akademiyasının rəhbəri, LDU-nun doktorantı, beynəlxalq sertifikatlı təlimçi Samir Salayev həyata keçirəcəkdir.
“Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsi 15.10.2024-15.02.2025-ci il tarixlərində Lənkəran rayonunda icra olunur. Layihənin açılışı tədbirinin və ilk təliminin 03.12.2023 tarixində həyata keçirilməsi nəzərdə tutulub.
Məktəblilərin Yaşıl dünyası” divar-rəsm müsabiqəsi layihəsinin mətbuat xidməti