Neftçala rayonunda “Sürətli oxuyaq, sürətli anlayaq” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Neftçala rayon R. Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində baş tutub.
Açılış mərasimində layihə rəhbəri, layihənin eksperti, məktəb direktorları, işçi qrupu və müəllimlər iştirak edib.
Çıxış edən layihə rəhbəri qeyd edib ki, layihənin məqsədi sürətli oxuma üzrə peşəkar təlimçilərin təlimlərini təşkil etməklə bu sahədə müəllimlərin bilik və bacarıqlarını artırmaq və şagirdlərə sürətli oxuma bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.
Bildirilib ki, Təqdimat görüşlərindən sonra layihəyə cəlb üçün xüsusi hazırlanmış forma – blank vasitəsilə müraciətlər qəbul olunacaqdır. Burada əvvəlcədən təsdiqlənmiş meyarlara uyğun seçim aparılacaqdır. Ümumi 6 müəllim və ilkin olaraq 18 şagird, daha sonra isə əlavə 42 şagird də seçilərək təlimlərə cəlb olunacaqdır. 18 şagird 6 müəllim ilə təməl kursunda iştirak etməklə gələcəkdəki məktəbdaxili təlimlərdə müəllimlər assistentlik edəcəklər.
Digər çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar diləyiblər.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.