Yardımlıda “Təmiz hava” aylığı ilə bağlı profilaktiki tədbirlər keçirilib – FOTO

Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması, avtomobillərdən atmosferə atılan zərərli tullantıların insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Yardımlıda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib.

Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yol polisi əməkdaşları tərəfindən sürücülərin bir daha diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

Paylaş:
Yuxarı