Olimpiya İdman Kompleksində təşkil olunan yarışda rayondakı müxtəlif idarə və təşkilatların komandaları qalib adı uğrunda mübarizə aparıb. Yarışların son günündə təşkil olunan və şəhid ailələrinin üzvlərinin iştirak etdiyi mükafatlandırma mərasimində əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi yad edilib. Yardımlı RPŞ-nin rəisi, polis polkovniki Rauf Babaşov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasının xalqın yaddaşına qızıl hərflərlə yazıldığını və daim qürurla xatırlanacağını bildirib. Çıxışlarda bu müqəddəs amal uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edilib, xatirələri bölüşülüb.
Qeyd edək ki, futzal yarışının qalibi rayondakı Olimpiya İdman Kompleksinin komandası olub. İkinci yeri Mərkəzi Rayon Xəstəxanasının, üçüncü yeri isə Rayon Polis Şöbəsinin komandası qazanıb.