“Ümumtəhsil müəssisələrində şagird sağlamlığı, təhlükəsizliyi və məmnunluğu, nizam-intizamın idarə olunması istiqamətində monitorinq”lərin aparılması məqsədilə Masallı Rayon Polis Şöbəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Masallı şəhər 1 nömrəli tam orta məktəbdə birgə monitorinq keçirilib.
Regioninfo-nun məlumatına görə, qeyd olunub ki, məktəblərdə normal iş ahənginin qurulmasının və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmasının mühüm şərtlərindən biri də müəssisədə təhlükəsiz mühitin təmin olunmasıdır.
“Şagird davranış qaydaları”nın tətbiqi istiqamətində şagird təhlükəsizliyi, nizam-intizam, zərərli və qadağan olunmuş əşyaların təhsil müəssisəsinə gətirilməməsi mövzusunda məktənlilərə tövsiyə və tapşırıqlar verilib.