Masallıda Vətən müharibəsi iştirakçısı vəfat edib

Masallı rayonu Ərkivan qəsəbə sakini, Vətən müharibəsi iştirakçısı Mirzəyev Azər Rafiq oğlu vəfat edib.

Asiya.az xəbər verir ki, 26 avqust 1998-ci il təvəllüdlü Azər Mirzəyev böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirmiş.

O, bu gün müalicə aldığı Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Mərhum doğulduğu Ərkivan qəsəbəsi Zeynoba məhəllə qəbiristanlığında dəfn ediləcək.
Allah rəhmət etsin.

Paylaş:
Yuxarı