Cəlilabadda qonşusunun torpaq sahəsindəki ağacları çıxaran şəxs inzibati məsuliyyətə cəlb olunub

Sosial şəbəkədə Cəlilabad şəhəri ərazisində 6 ədəd ağacı kökündən çıxaran rayon sakini barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlərin görülməməsi ilə bağlı paylaşılan iddia həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan regioninfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad şəhəri ərazisində S.Abdullayevə məxsus torpaq sahəsindən 6 ədəd ağacın kökündən çıxarılması ilə bağlı daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb. Sözügedən inzibati xətanı törətmiş həmin ərazinin yaxınlığındakı əkin sahəsinin sahibi Əhliman Məcidov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib edilib.

Toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Paylaş:
Yuxarı