Cəlilabad rayonunda qonaq qaldığı evdən 3 min 500 manat dəyərində zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
Regioninfo-nun məlumatına görə, Cəlilabad rayonunun Hamarqışlaq kəndindəki evlərdən birindən 3 min 500 manat dəyərində zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər məhkum olunmuş Şakir Vəliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.