Astarada sakinlərin inəklərini cərəyan vurub.
Regioninfo xəbər verir ki, Leysan xarakterli yağış nəticəsində Astara rayonunun ucqar dağ kəndi, Pəlikeş ərazi vahidliyinə daxil olan Diqoli kəndindən keçən 10 kv-luq elektrik dirəkləri aşıb. Elektrik naqilləri kənd sakinləri Xanəhməd Şabanov və Elsevər Hüseynova məxsus inəklərin üstünə düşərək öldürüb. Sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.
Hazırda əraziyə texnika cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Qeyd edək ki, bölgədə yağışlı hava şəraiti davam edir.