Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe ümumtəhsil müəssisələrində direktor və direktor müavini işləmək arzusunda olanlar üçün təlimlərə start verilir

Gələcəkdə Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe ümumtəhsil müəssisələrində direktor və direktor müavini işləmək arzusunda olan təhsil işçiləri üçün təlimlərə start verilir.
Şirvan-Salyan Regional Təhsil İdarəsi regional idarəyə tabe ümumi təhsil müəssisələrində direktor və direktor müavini kimi çalışmaq arzusu olan pedaqoji kadrları təlimlərdə iştirak üçün dəvət edir.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi rəhbərlərinin hazırlanmasına dəstək olmaqdan ibarətdir.
Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.
Təlimlərdə iştirak üçün tələblər:
– pedaqoji ixtisas üzrə ali təhsil;
– 5 ildən az olmayaraq pedaqoji staj (müavinlər üçün 3 il)
– hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmə.
Təlimlərdə iştirak etmək istəyən təhsilverənlər 12-20 iyul tarixlərində aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Paylaş:
Yuxarı