Lənkəranda tanınmış mağazaların birinin transformatorunda yanğın olub – FOTO

Lənkəranda transformatorda baş verən yanğın söndürülüb.

Regioninfo xəbər verir ki, bu gün günorta saatlarında Lənkəranda tanınmış şirkətə məxsus transformatorda (“Kontakt Home” mağazalar şəbəkəsinin Lənkəran filialının transformatorunda) yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə hisssəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb, digər tikililərə keçməsinin qarşısı alınıb. Elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Hazırda həmin ərazidə elektrik enerjisinin verilişi istiqamətində işlər aparılır.

Paylaş:
Yuxarı