Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan “Məktəbəqədər təhsil qrupunun yaradılması” layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq, monitorinqlər təşkil olunub. Bu monitorinqlərin təşkilində hal-hazırda icma əsaslı məktəbəqədər təşkli layihəsində çalışan təcrübəli tərbiyəçi-müəllimlərin yardımından istifadə edilir.
Qeyd edək ki, layihənin əsas məqsədi Şirvan şəhər 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında mövcud boş otaqda qısamüddətli məktəbəqədər təhsil qruplarının yaradılması ilə bağçanın əhatəliliyin genişləndirilməsinə dəstək olmaqdır.