Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin bağlanış mərasimi keçirilib.
Mərasimi M.Ə.Sabir adına 259 №li tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, müəllimlər iştirak edib.
Öncə çıxış edən layihə rəhbəri layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd code.org saytında “Computer Science Discoveries” kursunun Azərbaycan dilinə tərcümə edilərək code.org saytına yerləşdirilməsi və pilot olaraq 3 məktəbdə tətbiqini həyata keçirməkdən ibarət olub.
Mərasimdə çıxış edən digər qonaqlar layihənin uğurla başa çatdığını qeyd ediblər.