Lənkəranda 32 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb – FOTO – VİDEO

Lənkəranda bədbəxt hadisə baş verib.

Regioninfo xəbər verir ki, bu gün Lənkəran rayonunun Gərmətük kəndi ərazisində İnternet Provayderlərindən birinin əməkdaşı rayonunun Mamusta kənd sakini 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən, yüksək gərginlikli elektrik xəttlərinə toxunub. Bu zaman yüksək gərginlikli elektrik onu yerə çırpıb.
Ətrafdakıları köməyi ilə huşsuz vəziyyətdə olan C.Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona yerindəcə ilkin tibbi yardım göstərməyə çalışsalar da, onu həyata qaytarmaq mümkün olmayıb. Onun həkimə qədər ölüm faktı qeydə alınıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı