İcarəyə götürdükləri avtomobilləri narkotikin təsiri altında idarə edən sürücülər saxlanılıblar.
“Toyota Land Cruiser” və “Toyota Prius” markalı avtomobillərin sürücüləri Lerik rayonu ərazisində hərəkətdə olarkən qayda pozuntusuna yol verdikləri üçün Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən onlara “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə tabesizlik göstərən həmin sürücülər Ucar şəhər sakinləri İ.İsgəndərov və G.Gülməmmədovun narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onların tibbi müayinədən keçirilməsi təmin edilib. Nəticədə hər iki sürücünün narkotik vasitə istifadə etdiyi müəyyən olunub. Həmin sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.İsgəndərov və G.Gülməmmədov 10 gün müddətində inzibati qaydada həbs olunublar.