Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğularaq həyatını itirib – YENİLƏNİB – FOTO – VİDEO

Cəlilabad rayonunda suda boğulma ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Regioninfo-nun əldə etdiyi məlumata görə, rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Həsən Aftandil oğlu dostları ilə birlikdə çimmək üçün Uzuntəpə kəndi ərazisində yerləşən “Karyer” adlandırılan su bəndinə gediblər.

H.Şükürov birgə çimdiyi dostlarından bir az kənara üzüb. Bu zaman o su bəndində boğulub. Mərhumun meyiti yaxınlıqda yaşayan insanlar tərəfindən çıxarılıb.

O, Uzuntəpə kəndində nənəsinin himayəsində yaşayırmış.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

15:18

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb.

Mərhumun meyiti sudan çıxarılıb.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Yuxarı