Hikmət Hacıyev minalarla mübarizə üzrə beynəlxalq konfransdan öncə mina qurbanlarının son sayını açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev minalarla mübarizə üzrə beynəlxalq konfransdan öncə mina qurbanlarının son sayını açıqlayıb.

“Report” xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə zərərçəkmişlərin sayını özündə əks etdirən şəkli dərc edərək qeyd edib:

“Azərbaycanda mina qurbanları artmaqda davam edir. Əsas qurbanlar günahsız mülki şəxslər və istehkamçılardır. Ermənistan əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına milyonlarla mina yerləşdirib”.

Xatırladaq ki, bu gün Zəngilanda minalarla mübarizə üzrə beynəlxalq konfrans keçiriləcək. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko təyyarə ilə artıq Zəngilan rayonuna yola düşüb.

Paylaş:
Yuxarı