Neftçala rayonunda vətəndaş qəbulu keçirilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada Neftçala rayon sakinlərini qəbul edib.
Qəbuldan öncə Neftçala rayonunun ilk şəhidi Mehman Səfərovun gimnaziyanın həyətində ucaldılmış büstü ziyarət edilib, büstün önünə gül dəstələri düzülüb.
Qəbul zamanı idarə müdiri vətəndaşların müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib. Araşdırılması vacib olan məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.
Paylaş:
Yuxarı