Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb

Bakıdan Lerikə istirahətə gedən ailənin başına iş gəlib.

Regioninfo-nun verdiyi məlumata görə Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib. Bakı sakini 2010 – cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.

Paylaş:
Yuxarı