Bakıdan Lerikə istirahətə gedən ailənin başına iş gəlib.
Regioninfo-nun verdiyi məlumata görə Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib. Bakı sakini 2010 – cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.
Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.