2025-ci ildə təşkil olunacaq PISA beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsi keçirilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinə tabe 3 ümumtəhsil müəssisəsi- Şirvan şəhər 10 nömrəli, Neftçala şəhər 4 nömrəli, Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli tam orta məktəbləri bu qiymətləndirmədə iştirak edib.
Qeyd edək ki, PISA tədqiqatı ümumi təhsil müəssəsələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarını qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi daşıyır.