Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovla Biləsuvar rayonunun 1 saylı Cəbrayıl qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.
Regioninfo-nun məlumatına görə, şəhidin nəşi Biləsuvardakı 3 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Cəbrayıl Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elbrus İsaq oğlu İsaqovun meyitinin qalıqları Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsinə gətirilib.
Regioninfo-nun məlumatına görə, şəhidin nəşi qəsəbədə ailəsinə təhvil verilib.
Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Elbrus İsaq oğlu İsaqov 1966-cı il avqustun 23-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
E.İsaqov Biləsuvar rayonu 3 saylı Cəbrayıl qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.