Lerikdə dağ uçqunu olub.
Məlumata görə Lerik rayonunun mərkəzindən 18 – km uzaqda yerləşən Çayrud kəndində dağ uçqunu olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb. Lerik Rayon FH komissiyasının sədri Habil Məlikov APA -ya bildirib ki, baş verən uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir.
Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.