“Məktəbəqədər təhsil qrupunun yaradılması” layihəsinin icrası davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan “Məktəbəqədər təhsil qrupunun yaradılması” layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq, təlim qrupları üzrə məşğələlər təşkil olunub. Məşğələlər 2 qrup üzrə 5 ay ərzində təşkil olunacaqdır. Məşğələlər həftədə 4 dəfə və hər dəfə 2 saatı əhatə edir.
Qeyd edək ki, layihənin əsas məqsədi Şirvan şəhər 3 saylı Yasəmən körpələr evi-uşaq bağçasında mövcud boş otaqda qısamüddətli məktəbəqədər təhsil qruplarının yaradılması ilə bağçanın əhatəliliyin genişləndirilməsinə dəstək olmaqdır.
Paylaş:
Yuxarı