Lənkəranda yeniyetmə poçt bağlamalarını oğurlayıb

Lənkəran şəhəri ərazisindəki poçt şöbələrindən birindən oğurluq olub.

Belə ki, gecə saatlarında naməlum şəxsin poçt şöbəsinin binasının şüşəsini qıraraq içəridən 3 ədəd bağlamanı oğurlaması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlin şəhər sakini olan yetkinlik yaşına çatmayan bir nəfər tərəfindən törədildiyi müəyyən edilib.

Araşdırma aparılır.

Paylaş:
Yuxarı