Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərdən birinin vəziyyəti ağırdır.
Bu barədə regioninfo-ya TƏBİB-dən m
əlumat verilib.
Məlumata görə, üç nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edilib ki, 1996-ci il təvəllüdlü şəxsə alt çənənin sıyrılmış yarası, 1988-ci il təvəllüdlü şəxsə hipotenziya, qarının küt travması, dəqiqləşməmiş qarın boşluğu orqanının travması, 1969-cu il təvəllüdlü şəxsə sol dizin cırılmış yaras
ı, başın, sol alın və gicgah nahiyəsinin cırılmış yaraları, 1961-ci il təvəllüdlü şəxsə sağ dirsək nahiyəsinin və sol dizin küt travması diaqnozları təyin edilib.
Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.
Regioninfo-nun məlumatına görə, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.
Qəza nəticəsində Biləsuvar rayon sakini, 1965-ci il təvəllüdlü Xaləddin Səmədov ölüb.
Bundan başqa, rayon sakinləri, 1996-ci il təvəllüdlü İlham İlham oğlu Gözəlbəyli, 1988-ci il təvəllüdlü Şahin Mehman oğlu Talıbov, 1969-cu il təvəllüdlü Azər Xanlar oğlu Həsənov və 1961-ci il təvəllüdlü Zülfüqar Bəyan oğlu Nuruyev yaralanıb.
Ölən və yaralıların yol istismar idarəsinin əməkdaşları olduğu bildirilir.
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Regioninfo-nun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.