“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətlə həmrəylik” adlı rəsm sərgisi keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətlə həmrəylik” adlı rəsm sərgisi keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, regional təhsil idarəsinin sektor müdirləri və məktəb direktorları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Şirvan şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Arzu İmanovanın və şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Ümummilli Lider Heydər Əliyevin 101 illiyi münasibətilə təşkil olunan sərginin əhəmiyyətini vurğulayıblar. Həmçinin bildirilib ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində və yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür sərgilərin böyük əhəmiyyəti var. Sonra sərgiyə baxış olub. Çəkilmiş rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanılıb.
Sonda rəsmi şəxslərə şagirdlər tərəfindən xatirə hədiyyəsi təqdim edilib.
Paylaş:
Yuxarı