Şirvan-Salyan üzrə 145 şagird “Qərbi Azərbaycana qayıdış” olimpiadasının 2-ci mərhələsinə keçib

Aprelin 27-də keçirilmiş “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri elan olunub.
İdarədən regioninfo-ya verilən məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 145 şagird olimpiadanın ikinci mərhələsində iştirak hüququ əldə edib. İkinci mərhələ isə 25 may 2024-cü il tarixində keçiriləcək.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilib.
Paylaş:
Yuxarı