Qısamüddətli təlim qrupunun yaradılması layihəsinin icrası davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində qalib layihələrdən olan Qısamüddətli təlim qrupunun yaradılması layihəsinin icrası davam edir.
Layihənin icra planına uyğun olaraq məşğələlərə start verilib. Həmçinin tərbiyəçi-müəllimin işinə dəstək məqsədilə davamlı olaraq metodist dəstəyi də təşkil olunmadadır.
Qeyd edək ki, layihənin əsas məqsədi Danaçı kənd körpələr evi-uşaq bağçasının nəzdində 2 qısamüddətli təlim qruplarının yaradılması ilə kənddə yaşayan və bağçada boş yer olmadığı üçün məktəbəqədər təhsilə qatılmayan 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmalarını təmin edilməsinə dəstək olunmaqdan ibarətdir.
Paylaş:
Yuxarı