Qəzada xəsarət alan şəxs bu səhər xəstəxanada ölüb.
Məlumata görə fevralın 29 ölümlə nəticələnən yol qəzasıında xəsarət alan Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli bu səhər Lənkəran rayon mərkəzi xəstəxanasında vəfat edib. Ü.Əzizli iki ay idi xəstəxananın reanimasiya şöbəsində komada idi, süni nəfəs aparatına qoşulmuşdu.
Qeyd edək ki, həmin vaxt, Lənkəran rayon ərazisində baş verən qəzada 1998 – ci il təvəllüdlü Azər Babayev vəfat etmişdi, 2003 – cü il təvəllüdlü Riyad Qurbanov xəsarət almışdı.