Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin müəllimləri ilə görüşlər keçirilib

Təhsil İnstitutu tərəfindən 22-23 aprel tarixlərində “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinə bağlı ümumi təhsil müəssisələrində işləyən müəllimlərlə Salyan şəhərində görüşlər keçirilib.
Regioninfo xəbər verir ki, tədbirdə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, təbiət və həyat bilgisi fənlərini tədris edən 700-dən artıq müəllim müxtəlif fənlər üzrə təşkil olunan sessiyalarda iştirak ediblər.
Tədbirdə təhsilverənlər fənn kurikulumlarının təkmilləşdirlməsinə cəlb olunan mütəxəssislər tərəfindən müvafiq fənn üzrə yenilənmiş kurikulum sənədləri ilə tanış edilib və onlara təkmilləşdirmədə nəzərə alınan əsas məsələlər haqqında məlumat verilib. Həmçinin, mütəxəssislər tərəfindən müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçıları təkmilləşdirilmiş Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, həyat bilgisi və yeni yazılan təbiət fənn kurikulumları haqqında müsbət rəy bildirib,  müvafiq fənlərin tədrisində müsbət fərq yaradacağına dair fikirlər səsləndiriblər.
Paylaş:
Yuxarı