Lerikdə aramsız yağışlar, Ağçay çayı üzərindəki su ötürücü boruları dağıdıb – FOTO – VİDEO

Sel suları Lerik rayonu ərazisində su ötürücü borulara ziyan vurub.

Regioninfo-nun verdiyi məlumata görə Lerikdə iki gün yağan aramsız yağışlar nəticəsində sel – suları Lerik rayonunun Şingədulan ərazisində, Ağçay çayı üzərində salınan su – ötürücü boruları dağıdıb. Kənd sakinləri borular üzərindən körpü kimi istifadə edirdilər.
Qeyd edək ki, Ağçay çayı üzərində qurulan su ötürücünün uzunluğu 3 – 4 metrdir. Bu çay üzərində körpü tikintisi nəzərdə tutulsa da müəyyən səbəblərdən təxirə salınıb.

Hazırda kənd sakinləri çayda suyun azalmasını gözləyir ki, çay yolu ilə gediş – gəliş edə bilsinlər.

Paylaş:
Yuxarı