Lerikdə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şagirdlər ilə maarifləndirici görüş keçirilib.

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam gənclik naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda Nuravud kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirici görüş keçirilib.

Regioninfo xəbər verir ki, çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verib. Qeyd edib ki, narkotik aludəçiliyi təkcə həmin şəxsin özü üçün deyil, eləcə də ailəsi və yaxınları üçün faciələrə səbəb olur.
Çıxışlarda həmçinin erkən nikahların səbəb olduğu ağır nəticələrdən, bu kimi neqativ hallara qarşı görülən işlərdən söz açılıb.

Sonda müzakirə edilən mövzularla əlaqəli videoçarxlar nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.

Paylaş:
Yuxarı