Direktorların yerdəyişməsi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan məktəblər üzrə direktorların yerdəyişməsi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.
İmtahanda 14 namizəd iştirak edib.
Qeyd edək ki, test imtahanında namizədlərə qanunvericilik üzrə 20 sual, pedaqogika və metodika, məntiq və İKT bilikləri üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 50 test tapşırığı təqdim edilib.
Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Bir vakant yerə müsabiqədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri ardıcıllıqla nəzərə alınacaq.
Paylaş:
Yuxarı