Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
Regioninfo-nun verdiyi xəbərə görə dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci km – də Astara rayonun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb. Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşə məxsus iri tonajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən, idarəetməni itirərək iri tonajlı avtomobilin altına girib. Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə ilham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Mirzəmməd qızı Əliyeva avtomobildə yanar ölüblər.
Dərhal hadisə yerinə FHN-nin Astara rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, FHN-nin Cənub regional mərkəzinin xilas etmə qurumun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***20:48
Astarada dəhşətli yol qəzası olub.
Regioninfo-nun verdiyi məlumata görə hadisə axşam saatlarında Ələt-Astara magistralında, Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “BMW” markalı minik avtomobili iri tonajlı “DAF” markalı yük avtomobilinın altına girib. “BMW” markalı minik avtomobildə ölənlər var. Hazırda onlar yük avtomobilinin altından çıxarılır.
Əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır.