Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Belə ki, vətəndaşlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə 146-0-9 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.