Lerikdə 3 ailənin 11 üzvü qidadan zəhərlənib – YENİLƏNİB-2 – VİDEO

Lerik rayonunda kütləvi zəhərlənmənin sanitar-gigiyenik norma və tələblər gözlənilmədən istehsal olunan qidadan baş verdiyi ehtimal olunur.

Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

“İlkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub”, – qurumdan qeyd olunub.

Bildirilib ki, hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir: “Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək”.

13:44

Lerikdə zəhərlənmə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

TƏBİB-dən “Report”un cənub bürosuna verilən məlumata görə, 27.03.2024-cü il tarixdə saat 06:00-da zəhərlənmə şübhəsi ilə bağlı 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib.

Həmin şəxslərə zəruri ilkin tibbi xidmətlər göstərilib, analiz nümunələri götürülüb. Onlar vəziyyətlərinə uyğun olaraq ambulator müalicə üçün evə buraxılıblar.

12:34

Lerik rayonunda istirahət mərkəzlərinin birində 11 nəfər zəhərlənib.

“Report”un cənub bürosunun məlumatına görə, zəhərlənənlərdən 6-sı azyaşlıdır.

Bakı şəhər sakinləri olan həmin şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onlar 3 ailənin üzvləridir, ilkin ehtimala görə, özləri ilə gətirdikləri ərzaqdan zəhərləniblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Zəhərlənən şəxslərin adlarını təqdim edirik:

1992 – ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

1991 – ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

2018 – ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

2014 – cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

1993 – cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

1990 – cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

2020 – ci il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

2016 – cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

1987 – ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

2012 – ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

2018 – ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyev.

Paylaş:
Yuxarı