Sumqayıt Tibb Mərkəzində (STM) 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə STM-nin aparatında çalışan xanımların iştirakı ilə tədbir keçirilib.
Regioninfo xəbər verir ki, STM-nin direktoru Elnur Azadxanov çıxış edərək bildirib ki, qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qeyd edib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Direktor STM-nin qazandığı uğurlarda qadınların rolunu və ümumi işə əvəzsiz töhfələr verdiklərini vurğulayıb.
E. Azadxanov qadınları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda bir qrup xanım əməkdaş onlara göstərilən diqqətə görə STM-nin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Paylaş:
Yuxarı