Şirvan-Salyan Regional Təhsil İdarənin müdiri Neftçala rayonunda vətəndaşları qəbul edib.
Regioninfo xəbər verir ki, Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Neftçala rayonunda S. Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta məktəbində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
Həyata keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.