Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib

Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev səhmdar cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Paylaş:
Yuxarı