Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti təyin edilib.
“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev səhmdar cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.