Salyan rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində, rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ-21010” markalı avtomobil idarəetməni itirərək yolun kənarına aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində Cəlilabaddan olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Aslanov Azər xəstəxanaya aparılarkən ölüb. Digər yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.