““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin icrası davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Computer Science Discoveries” kursunun tərcüməsi və tətbiqi” layihəsinin icrası davam etdirilir.
Belə ki, layihənin icra planına uyğun olaraq kontentin tərcümə olunmasına başlanılıb və bu iş davam edir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd code.org saytında “Computer Science Discoveries” kursunun Azərbaycan dilinə tərcümə edilərək code.org saytına yerləşdirilməsi və pilot olaraq 3 məktəbdə tətbiqini həyata keçirməkdir.
Paylaş:
Yuxarı